26 
Apr
2021
14:41
241

Qamğrelidze peyvəndləmə prosesi ilə bağlı danışdı

“Ölkədə peyvəndləmə prosesini sürətləndirmək üçün hər şey edilməlidir”.

InterPress.ge xəbər verir ki, bu barədə Milli Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbəri Amiran Qamğrelidze açıqlama verib.

Onun sözlərinə görə, pandemiyaya son qoymağın birinci yolu kütləvi peyvəndləmə prosesidir.

“Ölkədə 500 peyvəndlənmiş insan bir qorunmuş insan sağlamlığı deməkdir. Buna görə hər Gürcüstan vətəndaşı, həmvətənləri ilə birlikdə peyvənd olunmağa və öz peyvəndi ilə digərlərini qorumağa borcludur ”, -dedi Qamğrelidze.

Qamğrelidzenin dediyinə görə, ölkədə bu səhərə olan göstəricilərə görə, 38 553 peyvəndləmə prosesi həyata keçirilib.

“Astrazeneca ilə 21.910, Pfizerin birinci dozası ilə 13.756 nəfər peyvənd olundu, 2.887 nəfər isə Pfizer ilə ikiqat dozada pevənd olundu ki, bu da tam peyvəndlənmiş deməkdir" , - dedi Qamğrelidze.

Bizimlə əlaqə saxlayın