20 
Apr
2021
16:35
1755

Nazir müavini Gürcüstanda karantin elan ediləcəkmi sualına cavab verdi

"Söhbət genişmiqyaslı "kilidləmə"dən getmir".

InterPress.ge xəbər verir ki, Səhiyyə nazirinin müavini Tamar Qabunia epidemiya barədə jurnalistlərə açıqlama verdi.

Tamar Qabunianın izah etdiyinə görə, əlavə məhdudiyyətlərin tətbiqi hələ müzakirə olunmur.

“Bu gün mövcud olan profilaktik tədbirlər əsas olaraq qalır. Şura, biznes mühitində tətbiq edilmiş və sosial tədbirlərin tənzimlənməsində çox vacib olan məhdudiyyətlərinicrasını müzakirə edir. Qərarda başqa əlavə məhdudiyyətlərdən söhbət edilmir.

Mobilliyin məhdudlaşdırılması bizim üçün əsasdır. Buna görə hadisələrin necə inkişaf etdiyinə baxaq. Hallarda aqressiv artım olsa, bəzi yerli məhdudiyyətlər məsələsini yenidən gündəmə gətirmək mümkündür. Söhbət geniş miqyaslı bir kilidlənmədən getmir", - dedi Qabunia.

Onun sözlərinə görə, hazırda nəqliyyatın məhdudlaşdırılması ilə bağlı qərar verilməyib.

Bizimlə əlaqə saxlayın