19 
Apr
2021
12:46
385

Son 24 saat ərzində maska taxma qaydasını pozduğuna görə 1243 nəfər cərimələndi

Son 24 saat ərzində hüquq-mühafizə orqanları tərəfindən aparılan monitorinqlər nəticəsində ölkə daxilində tətbiq edilmiş məhdudiyyətlər çərçivəsində qüvvədə olan qaydaların pozulması halları ilə bağlı 1591 hadisə aşkar edilmişdir.

lnterPress.ge xəbər verirki, bu barədə Daxili İşlər Nazirliyi yayır.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Polis İnzibati Xətalar Məcəlləsinin 42-ci maddəsinin 10-cu bəndinə əsasən 157 fiziki və 1 hüquqi şəxsi cərimələyib. Cərimə olunanlar arasında axşam 9-dan səhər 5-ə qədər hərəkət məhdudiyyətini pozan vətəndaşlar da var.

Son 24 saat ərzində İnzibati Xətalar Məcəlləsinin 42-ci maddəsinin 11-ci bəndinə əsasən maska taxma qaydasını pozduğuna görə 1234 nəfər cərimələnib, maska taxma qaydasını təkrar pozma ilə əlaqədar isə 199 fakt aşkar edilib.

Daxili İşlər Nazirliyi vətəndaşları tətbiq olunan məhdudiyyətlərə riayət etməyə çağırmağa davam edir, əks halda qanunla nəzərdə tutulmuş müvafiq tədbirlər tətbiq ediləcəkdir.

Maska taxma qaydasının pozulması Cinayət Məcəlləsinin 42-ci maddəsinin 11-ci bəndinə əsasən inzibati məsuliyyətə və 20 lari məbləğində cəriməyə səbəb olarkən, maska taxma qaydasının dəfələrlə pozulması Cinayət Məcəlləsinin 42-ci maddəsinin 11-ci bəndinə görə, 40 lari cərimə nəzərdə tutur.

Təcrid və karantin qaydalarının pozulması Cinayət Məcəlləsinin 42-ci maddəsinin 10-cu bəndinə əsasən inzibati məsuliyyətə səbəb olur və fiziki şəxs üçün 2000 lari, hüquqi şəxs üçün 10.000 lari cərimə olunur.

Təkrarlanan cərimə cinayət məsuliyyətini nəzərdə tutur", - deyilir DİN-in məlumatında.

Daxili İşlər Nazirliyinin müvafiq şöbələrinin əməkdaşları ölkədə koronavirus virusunun yayılmasının qarşısını almaq üçün bütün qanun pozuntularına dərhal cavab verirlər.

Gürcüstan ərazisindəki bütün şəxslər, Gürcüstanın xalq sağlamlığı sahəsində qanunvericiliyinin tələblərinə əməl etməyə borcludurlar.

Bizimlə əlaqə saxlayın