16 
Apr
2021
14:10
378

Gürcüstan Bankı qarət olunur - Bir neçə girovun azad edildiyi iddi olunur - Son vəziyyət...

Yayılan məlumatlara görə, patrul polisinin rəhbəri Vaja Siradze də daxil olmaqla iki hüquq mühafizəçisi, Sakartvelos bankın Avlabaridəki filialına daxil olub.

InterPress.ge xəbər verir ki,qeyri rəsmi məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları iki nəfəri bankdan çıxarıb və onların girov götürülən şəxslərin olduğu güman edilir.

Mövcu məlumata görə, bank binasında daha 1 nəfər girov qalıb.

Məlumat üçün bildirək ki, silahlı şəxs Tbilisidə Avlabari metrosu yaxınlığında yerləşən Sakartvelos bankın filiallarından birinə hücum edib.

Təcavüzkarın bir neçə nəfəri girov götürdüyü bildirilir.

Əraziyə çox sayda polis və təcili yardım briqadası səfərbər edilib.

Daxili İşlər Nazirliyi bu günə qədər rəsmi məlumat yaymayıb.

Bizimlə əlaqə saxlayın