İsraildə qanuni işləmək istəyən şəxslərin sayı dörd gün ərzində 1132 nəfərə çatıb
İsraildə qanuni işləmək istəyən şəxslərin sayı dörd gün ərzində 1132 nəfərə çatıb.
InterPress.ge İnterpressNews-a istinadən xəbər verir ki, bu barədə Məşğulluq Agentliyindən məlumat verilib.
Agentlikdən verilən məlumata görə, 12 apreldə vətəndaşlar İsraildə qanuni işlə təmin olunmaq üçün yaradılmış xüsusi portalda qeydiyyatdan keçməyə başlayıblar və qeydiyyat il boyu davam edəcək. İş kvotasına gəldikdə isə qeyd edək ki, 2021-ci ildə İsraildə 1000 Gürcüstan vətəndaşının işə cəlb edilməsi planlaşdırılır.
Agentliyin bildirdiyinə görə, İsrail dövləti ilə Gürcüstan hökuməti arasındakı razılaşmaya əsasən, Gürcüstan vətəndaşları İsrail əyalətində uzun müddətli qayğı müəssisələrində köməkçi kimi işə götürülə biləcəklər.
Məlumat üçün bildirək ki, iş axtaran şəxs ən azı orta məktəb məzunu olmalıdır;
Ev şəraitində tibbi yardım /qulluq və ya tibb bacısı/ tibb bacısı köməkçisinin dövlət səviyyəsində tanınmış diplomu/ sertifikatı olmalıdır;
İş axtaranlar ingilis və ya rus dilində səlis danışmalıdırlar;
Gürcüstan vətəndaşı olmalıdır;
25 ilə 45 yaş olmalıdır;
Gürcüstan vətəndaşları İsraildə qanuni olaraq həftədə 42 saat işləyəcəklər və ayda ən azı 5300 şekel maaş alacaqlar.


