15 
Apr
2021
18:04
442

Qamğrelidze əhaliyə müraciət etdi

"Əhaliyə müraciət edirəm ki, Pasxanı təvazökarlıqla qeyd edək".

InterPress.ge xəbər verir ki, Milli Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbəri Amiran Qamğrelidze açıqlama verib.

Milli Xəstəliklərə Nəzarət və Xalq Sağlamlığı Mərkəzinin rəhbərinin sözlərinə görə, Pasxadan sonra, önəmli günlərdə qəbristanlıqlarda bir şam yandırın və qırmızı yumurta yuvarlayın, ancaq süfrələr, ziyafətlər keçirməyin.

"Hamımız nəzərə almalıyıq ki, yalnız bu beş vasitə pandemiyanı aradan qaldırmaqda bizə kömək edə bilər: maskanın hər yerdə - açıq və ya qapalı yerdə universal şəkildə taxılması; məsafəni qotumaq; hər yerdə sanitar qaydanın qorunması; izdihamlı yığıncaqlardan çəkinmək, hər cür xoş və kədərli süfrələr açmamaq. Bildiyiniz kimi, aprel ayının sonu, mayın əvvəlləri, ən böyük bayram - Pasxa yaxınlaşır.

Ona görə də bu bayramı çox təvazökarlıqla qeyd etməyə çalışmalıyıq. Pasxadan sonra, önəmli günlərdə qəbristanlıqda l şam yandırın və qırmızı yumurta yuvarlayın süfrələr, ziyafətlər keçirməyin. Bu günün əsas mövzusu olan beşinci vasitəyə gəldikdə - bu peyvənd prosesinin intensivləşməsidir. Bu mərhələdə ölkədə gündə yalnız 1400 peyvənd vurulur, bu çox azdır. Bu rəqəm ən azı 3000-4000 olmalıdır. İyul ayından etibarən ilin sonunda hədəfə çatmaq, epidemiyanı məğlub etmək və normal həyat ritminə qayıtmaq üçün gündə 10 000-12 000 peyvənd vurulmalıdır"- Amiran Qamğgrelidze.

Bizimlə əlaqə saxlayın