14 
Apr
2021
09:43
189

Paata İmnadze: “Vətəndaşlar qaydalara riayət edərsə, məhdudiyyətlərə ehtiyac olmayacaq”

“Vətəndaşlar qaydalara riayət edərsə, məhdudiyyətlərə ehtiyac olmayacaq”.

InterPress.ge xəbər verir ki, bu barədə Milli Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbər müavini Paata İmnadze deyib.

"Heç kim məhdudiyyət istəmir. Bir ildir ki, dostlarımla birlikdə heç yerdə olmamışam və həqiqətən onlarla olmaq istəyirəm, ancaq olmaz. Bir-birimizə diqqət etməliyik,məhdudiyyət və insan həyatı arasındakı balansı qorumalıyıq. Seçim belədir – məhdudiyyət və insan həyatı bu tərəfdədir, ortada isə tənzimləmələrdir, əgər tənzimləmələri qorusaq, məhdudiyyətlər lazım olmayacaq. Təkrar edirəm, epidemioloqlar və həkimlər də daxil olmaqla heç kim məhdudiyyət istəmir, ancaq vətəndaşlarımızın ölməyini də istəmirik”, - İmnadze “Birinci Kanal”ın efirində bildirib.

Bizimlə əlaqə saxlayın