Ramazan ayı bu tarixdən başlayır...
İslamda ilin ayları arasında Ramazan ayı ən şəfaqətli və ən müqəddəs ay hesab edilir. Onu məcazi mənada "on bir ayın sultanı" da adlandırırlar. Orucluq hicrinin ikinci ilində Məhəmməd peyğəmbər tərəfindən Mədinədə bu məqsəd üçün Ramazan ayı təyin olandan öz tarixini başlayır. Məhz Ramazan ayının axırıncı on gecələrinin birində Quran hədiyyə edilmişdir. "Leylət al-Qadr" – qüdrətli, əzəmətli gecə adlanır. Quranda bu gecə haqda belə yazılır: "Qədr gecəsi min aydan daha xeyirlidir! O gecə mələklər Rəbbinin izni ilə hər bir işdən dolayı yerə enərlər. O gecə dan yeri sökülənə kimi salamatlıqdır! (Qədr surəsi, 3-5).
Ramazan ayı ilə bağlı Ümumi Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin Şeyxi və Sədri Mirtəqi Əsədov InterPress.ge-yə məlumat verdi və müsəlmanları Ramazan bayramının gəlişi münasibətilə təbrik etdi.
“Ramazan ayı aprelin 14-nə təsadüf edir, 13-ü isə niyyət gecəsidir. Əhya gecəsi mayın 1-nə, ikinci Qədr gecəsi mayın 3-nə, üçüncü Qədr gecəsi isə mayın 5-nə təsadüf edir. Ramazan bayramı böyük ehtimal 13 may tarixinə təsadüf edəcək (ayın görünməsindən asılıdır). Ay görünmədiyi təqdirdə bayram 14 may tarixində olacaq. Mən bütün müsəlmanları Ramazan ayının gəlişi münasibətilə təbrik edirəm”- Mirtəqi Əsədov.
O, eləcə də Oruc tuta bilməyən insanlarla bağlı da məlumat verdi.
“Hamilə qadınların səhhəti yol verirsə oruc tuta bilərlər, ancaq səhhətində ciddi problemləri olan (xəstələr) insanlar oruc tutmamalıdırlar və yaxşı olar ki, Oruc tuta bilmədikləri üçün kəffarə ödəsinlər”- Mirtəqi Əsədov


