Vətəndaşlara verilən kreditlərlə bağlı müzakirə aparılacaq
Parlamentin Maliyyə və Büdcə Komitəsində vətəndaşlara və təqaüdçülərə verilən kreditlərin yüksək faiz dərəcələri müzakirə ediləcək.
InterPress.ge xəbər verir ki, iclasa Liberty Bank-ın baş direktoru Vasil Xodeli, Milli Bankın prezidenti Koba Qvenetadze, Səhiyyə və Sosial İşlər nazirinin müavini Qiorqi Cockolauri və Maliyyə nazirinin müavini Qiorqi Kakauridze dəvət olunub.
İclas Parlament Reqlamentinin 40-cı maddəsinə uyğun olaraq aparılacaq ki, bu zaman komitənin iclasına dəvət olunmuş şəxlərin iştirakı məcburidir.
Müxalifət millət vəkilləri Aleko Elisaşvili və Levan İoseliani, Liberty Bank tərəfindən verilən təqaüd krediti ilə bağlı komitənin dinləməsini istəyib və komitə müsbət qərar verib.
Maliyyə və Büdcə Komitəsinin iclası 12 aprel, saat 12: 00-da keçiriləcək.


