08 
Apr
2021
11:48
2924

Bu şəxslər üçün komendant saatı ləğv edilə bilər

“Ölkəyə daxil olan turistlər üçün “komendant saatı”nın qaldırılması məsələsini müzakirə etmək mümkündür”.

InterPress.ge xəbər verir ki, bu barədə “Gürcü Arzusu”nun üzvü Dimitri Xundadze deyib.

Bununla birlikdə Xundadze, bunun icrasının asan olmayacağını söyləyib.

"Bu məsələni müzakirə etmək mümkündür [turistlər üçün komendant saatının qaldırılması], amma təbii ki, icrasının bir hissəsi asan olmayacaq.

Əvvəlcə insanların yoluxucu və epidemioloji cəhətdən təhlükəli olmamaları üçün maksimum sığorta mexanizminə sahib olmalarını təmin etməliyik.

Əlbətdə ki, bu qaydalara əməl etsək - restoran biznesində məsafə qorunsa, ziyarətçinin ya peyvənd ya da virus keçirmə sertifikatı olsa, bu tənzimləmələr müzakirə edilə bilər", - dedi Xundadze.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər