06 
Apr
2021
14:22
504

Bu gün Marneulidə Ümumdünya İdman Günü ilə əlaqədar idman tədbiri keçirildi

Bu gün Marneulidə Ata Holdinq idman mərkəzində 6 aprel Ümumdünya İdman Günü ilə əlaqədar idman tədbiri keçirildi.

InterPress.ge xəbər verir ki, idman tədbiri Marneulidə yeni yaradılmış QHT Gürcüstan azərbaycanlıları idmançılar birliyinin təşkilatçılığı ilə baş tutdu.

Gürcüstan azərbaycanlıları idmançılar birliyi təşkilatının sədri Tofiq Əkbərovun bildirdiyinə görə, bu günki tədbirin məqsədi ümumdünya idman gününü qeyd etmək və gənclərdə idmana olan həvəsi oyatmaq və artırmaqdır.

“Bu günki tədbir 6 aprel idman gününə həsr edilib. Bu gün dünyanın hər bir ölkəsində qeyd olunur. Biz də bu gün ki günlə əlaqədar buraya toplanmışıq. Tədbirimizdə idmançılar kikboks, güləş, karate, taekvondo idman növlərində öz bacarıqlarını nümayiş etdirəcəklər. Tədbirin məqsədi ümumdünya idman gününü qeyd etmək və gənclərdə idmana olan həvəsi oyatmaq və artırmaqdır. Rayonumuzda əhalinin 150 minədək olmasına baxmayaraq, bu günki reallığı nəzərə alaraq təəssüflər olsun ki, rayonumuzda idmanla məşğul olanların say faizi aşağıdır. Biz idmanın təbliğatı məqsədilə hər bir təşkilatçılardan dəstək gözləyirik. İdman tədbirində hər yaşda olan idmançılar öz bacarıqlarını nümayiş etdirəcəklər. Tədbirimizə idmançı olmayan şəxslər də qatıla bilərlər.”- Tofiq Əkbərov Gürcüstan azərbaycanlıları idmançılar birliyinin sədri.

O, eləcə də yeni yaradılan qeyri hökumət təşkilatının planlarından da danışdı.

“Bu gün ki idman tədbirimiz yeni yaradılmış qeyri hökumət təşkilatı Gürcüstan azərbaycanlıları idmançılar birliyinin təşkilatçılığı ilə baş tutur. Təşkilatın məqsədi idmanı təbliğ etmək, bölgəmizdə olan idmançılara yerli və beynəlxalq turnirlərdə dəstək olmaqdır. Bu istiqamətlə bir çox planlarımız var və gələcəkdə bu planları həyata keçirəcəyik”- Tofiq Əkbərov.

Bizimlə əlaqə saxlayın