Gürcüstanda havanın temperaturu əhəmiyyətli dərəcədə artacaq
7-8 aprel tarixlərində Gürcüstanın bütün ərazisində əsasən yağmursuz hava şəraiti gözlənilir.
InterPress.ge xəbər verir ki, Gürcüstanın qərbində havanın temperaturu kəskin artacaq və 25-30 dərəcə olacaq.
Məlumata görə, şərq küləyi güclənəcək.
Qeyd olunan tarixlərdə Gürcüstanın şərqində də temperaturun artacağı gözlənilir. Bəzi rayonlarda az, qısamüddətli yağış yağacaq, şimşək çaxacaq.
Aprelin 9-dan etibarən, xüsusilə Gürcüstanın qərbində hava kəskin şəkildə pisləşəcək, havanın temperaturunun təxminən 10 dərəcə enəcəyi gözlənilir. Bu temperatur 12 aprelə qədər davam edəcək. Dağlıq ərazilərdə də qar fırtınası mümkündür.
Gürcüstanın şərqində, o cümlədən Tbilisi və ətraflarında qərb küləyi güclənəcək. Gürcüstanın şərqində temperaturun kəskin enməsi gözlənilmir. 9-12 aprel tarixləri arasında temperatur +17, +19 dərəcə olacaq.


