05 
Apr
2021
11:44
309

Daha bir Çin istehsalı olan peyvənd Gürcüstana gətiriləcək

"Daha bir peyvənd, Çin istehsalı olan "Sinovak" təxminən aprelin sonlarında Gürcüstana gətiriləcək”.

InterPress.ge xəbər verir ki, bu barədə Xəstəlikərə Nəzarət Mərkəzinin rəhbəri Amiran Qamğrelidze deyib.

“Keçən həftə gətirilən 100 min doza "Sinopharm", Xəstəliklərə Nəzarət Mərkəzində saxlanılır. Bu peyvəndlə peyvəndləməyə ÜST tərəfindən icazə aldıqdan sonra başlanacaq, hansı ki, aprelin ikinci yarısı üçün planlaşdırılır. Artıq 40-a yaxın ölkə tərəfindən icazə qazanmışdır”, - dedi Amiran Qamğrelidze.

Məlumat üçün bildirək ki, bu gündən etibarən 55 yaşdan yuxarı vətəndaşlar, diyaliz xəstələri və orqan nəqli alanlar peyvəndləmə prosesinə cəlb ediləcəklər. Diyaliz xəstələrinin müalicə olunduqları müəssisələrdə peyvəndlənmələri həyata keçiriləcək.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər