30 
Mar
2021
14:03
1771

Gürcüstanda aprel ayının 4-dək olan hava şəraiti açıqlandı

Martın 30-31-də Gürcüstanın qərbində yağmurlu, şərqində isə bəzi bölgələrində az yağmurlu hava şəraiti gözlənilir.

lnterPress.ge xəbər verir ki bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat yayıb.

Məlumata görə, şərq istiqamətində bəzən güclü külək əsəcək. Hava istiliyi Qərbi Gürcüstanın ovalıqlarında +15, +20, şərq Gürcüstanın aran bölgələrində +9, +14 dərəcə olacaq.

“Aprelin 1-də günün sonundan 4-nə qədər qərbi Gürcüstanın əksər yerlərində və şərqi Gürcüstanın bəzi yerlərində yağış yağacağı, gecə dağlıq ərazilərdə qar yağacağı, arabir güclü külək əsəcəyi gözlənilir.

Gürcüstanın qərbində havanın temperaturu aprelin 1-də +17, +22 dərəcəyə yüksələcək, 2-3 aprel tarixlərində isə +10, +15 dərəcə olacaq. Şərqi Gürcüstanda +14, +19 dərəcəyə qədər isti olacaq.

Tbilisidə az yağış yağacağı gözlənilir. Hava istiliyi 30-31 martda +10, +12, 1-3 aprel tarixlərində +15, +17 dərəcə olacaq. 2-3 aprel tarixlərində şimal-qərb istiqamətində güclü küləklər vaxtaşırı əsəcək", - Milli Ətraf Mühit Agentliyinin açıqlamasında deyilir.

Bizimlə əlaqə saxlayın