03 
Mar
2021
15:59
530

Müxalifət planlaşdırılan etiraz aksiyalarını təxirə saldı

“Müxalifət bugünkü iclasda etirazların müvəqqəti təxirə salınmasına qərar verdi”.

InterPress.ge xəbər verir ki, "Strategiya Ağmaşenebeli”nin üzvlərindən Paata Mancqaladze bu barədə iclasdan sonra bildirib.

O, müxalifətin mitinqlərin danışıqları pozmaq üçün bir bəhanə olmasını istəmədiyini söyləyib.

“Hökumətə danışıqları rədd etmək və ya pozmaq üçün əlavə əsaslar və səbəblər verməmək üçün planlanan mitinqləri müvəqqəti təxirə salmağa qərar verdik, hansı ki, 16 martadək müəyyən edilib. Bilirik ki, "Milli Hərəkat" ın konkret bir vəziyyəti var, çünki sədr həbs olunub və inzibati bina və polislə təmasda olmamaq şərti ilə mitinqlər keçirə bilərlər. Sabahkı mitinq baş tutacaq, bundan sonra hansı mitinqlər planlaşdırılırdısa təxirə salındı. Danışıqların nəticələrini gözləyirik", - dedi Mancqaladze.

Xatırladaq ki, Martın 13-də müxalifətin irimiqyaslı mitinq planlaşdırılırdı, ancaq təxirə salındı.

Bizimlə əlaqə saxlayın