14 
Fev
2021
09:55
2288

Bizdə geniş istifadə olunan, lakin xaricdə qadağan olan 7 DƏRMAN

Keçmiş SSRİ respublikalarında istifadə olunan bəzi dərmanlar xaricdə nəinki istifadə olunmur, hətta qadağandır.

InterPress.ge Rusiya Tibbi-Sosial İnformasiya agentliyinə istinadla bu dərmanların siyahısını təqdim edir:

- Aktovegin

Preparat iribuynuzlu heyvanların qan və toxumalar əsasında hazırlanır, bəzi beyin xəstəlikləri, yara, yanıq və trofiki xoraların müalicəsində istifadə olunur. ABŞ, Kanada, Qərbi Avropa, Avstraliya və bəzi digər ölkələrdə qadağandır.

- Riboksin

Ürək xəstəlikləri, infarkt, qaraciyər sirrozu, mədə xorası zamanı istifadə olunur. ABŞ-da bu dərmanın istifadəsi qadağandır.

- Anaferon

Qripp, kəskin respirator-virus xəstəlikləri zamanı istifadə olunur. Effektivliyi sübut olunmayıb.

- Korvalol

Tərkibinə psixotrop maddə olan fenobarbital daxildir. Bu səbəbdən ABŞ və bəzi Avropa ölkələrində qadağandır.

- Kaqosel

Virus əleyhinə preparatdır. Effektivliyi sübut olunmayıb. Qərbi Avropa və ABŞ-da istifadə olunmur.

- Analgin

Postsovet məkanında və o cümlədən Gürcüstanda ağrıkəsici kimi geniş istifadə olunur. Lakin bu preparatın çox ciddi yanaşı təsiri var. Analgin qanın tərkibinə mənfi təsir edir, leykositlərin səviyyəsini aşağı salır. Bu səbəbdən bir çox xarici ölkələrdə analgin qadağandır.

- Sitramon

Rusiya və bəzi postsovet ölkələrindəndən başqa heç yerdə istifadə olunmur.

Bizimlə əlaqə saxlayın