Ölkədə koronavirusla bağlı vəziyyət
Gürcüstanda yeni növ koronavirusa (COVID-19) son 24 saat ərzində 676 yeni yoluxma halı qeydə alınıb.
InterPress.ge-nin xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında bildirilib.
Bununla da ölkədə virusa yoluxanların sayı 257 632 nəfərə çatıb.
Sağalanların sayına gəldikdə isə, ölkədə son 24 saat ərzində 1441 sağalma qeydə alınaraq ümumi sağalanların sayı 248 537 nəfər təşkil edib.
Eyni zamanda bildirilir ki, bu gün koronavirusdan daha 11 nəfər ölüb və ölənlərin ümumi sayı 3159 nəfər təşkil edib.
Qeyd edək ki, son 24 saat ərzində 19 989 test aparılmışdır. Bunlardan 13 126-sı sürətli antigen testi, 6863-ü isə PCR testidir.
Xatırladaq ki, Gürcüstanda yeni növ koronavirusa ilk yoluxma halı fevralın 26-da təsdiqlənib.


