Gürcüstana qayıdan vətəndaşların nəzərinə - yeni qayda
“Gürcüstan vətəndaşları mənfi PCR testi ilə ölkəyə girmək və 8 günlük təcrid vəziyyəti ilə əvəz etmək və ya özünü təcrid etmək əvəzinə, üçüncü gün öz hesablarına başqa PCR testindən keçmək imkanı qazanacaqlar. Üçüncü gün öz hesabına test etdirərsə və testin cavabı mənfi olarsa vətəndaşlar özlərini təcrid etməkdən azad ediləcək".
InterPress.ge xəbər verir ki, bu barədə Natia Turnava Koordinasiya Şurasının iclasından sonra keçirilən brifinqdə deyib.
"Gürcüstana girdikdə mənfi PCR testi olmayan Gürcüstan vətəndaşları üçün 12 günlük özünü təcrid etmək əvəzinə, 8 günlük özünü təcrid nəzərdə tutulur. Bu hissədə Avropa standartlarına əməl edirik" - dedi Natia Turnava.
Qeyd edək ki, PCR testi olmayanlar dövlət hesabına karantinə alınır.


