200 larilik yardımın verilməsi başlanıldı
Pandemiyanın ikinci dalğası nəticəsində işini itirən vətəndaşlar da daxil olmaqla vətəndaşlara ünvanlı sosial yardım davam edir.
InterPress.ge xəbər verir ki, bu barədə İşlə Təmin Etmə Üzrə Dövlət Agentliyindən məlumat verilib.
Agentlikdən verilən məlumata görə, 200 lari yardımının ilk ayı artıq köçürülüb. Kompensasiya 106.080 şəxsə 21.216.000 GEL məbləğində köçürüləcəkdir.
"Gürcüstan Hökumətinin böhrana qarşı iqtisadi planı çərçivəsində, 2021-ci ilin yanvar ayından işini itirən vətəndaşlara 6 ay müddətində 200 GEL aylıq yardım veriləcək. Hansılar ki, 2020-ci ilin yanvarından 2020-ci ilin noyabrı ayı da daxil olmaqla, iki ay və ya daha çox müddət ərzində işləyən şəxslər və bu müddət ərzində maaş almış və 2020-ci ilin dekabrından 2021-ci ilin fevralı ayı da daxil olmaqla bir və ya daha çox ay maaş almamışdır"- məlumatda qeyd olunub.


