İmnadze: "Peyvəndləmə bitdikdən sonra normal həyata qayıda bilərik"
"Aşılamaya başlamağın məhdudiyyətlərin yumşaldılması ilə heç bir əlaqəsi yoxdur. Peyvəndləmə bitdikdən sonra normal həyata qayıda bilərik".
InterPress.ge xəbər verir ki, Xəstəliklərə Nəzarət Mərkəz rəhbərinin müavini Paata Imnadze bu barədə Gürcüstanın Birinci Kanalının "Yeni gün" verilişində açıqlama verib.
Onun sözlərinə görə, bu mərhələdə epidemioloji vəziyyəti stabilliyi və ona nəzarəti davam etdirmək üçün məhdudiyyətlər, həmçinin lazımi tövsiyələrə əməl etmək xaricində başqa bir yol yoxdur.
İmnadzenin proqramda qeyd etdiyinə görə, Gürcüstanda maska taxma nisbəti artıb, ancaq bu kifayət deyil.
“Xarici rəsmi məlumatlara baxsaq, tədbirlərin necə sərtləşdirildiyini görərik. Aşılamaya başlamanın məhdudiyyətlərin yumşaldılması ilə heç bir əlaqəsi yoxdur. Peyvəndləmə bitdikdən sonra normal həyata qayıda bilərik. Bu gün vəziyyətə nəzarət etmək üçün, əhalinin mütləq əksəriyyətinin maska taxması və məsafəni qoruması ilə yanaşə, tətbiq olunan məhdudiyyətlərdən başqa yol yoxdur.
Ölkəmizin yavaş-yavaş ayağa qalxdığına görə çox xoşbəxtəm. Beynəlxalq hesablamalara görə, Gürcüstan universal maskanın düzgün istifadəsi baxımından 72%-ə çıxıbdır. Əlbəttə ki, yeni virus halları artacaq, ancaq fəlakətli bir artım olmayacaq. Nədənsə çoxları iki ay əvvəl Gürcüstanda baş verənləri unudublar. Yenə deyirəm, böyük və əsas məhdudiyyətlərin aradan qaldırılması dövründə maskanın taxılmasında artım olacaq. Əgər maskaya öyrəşməsək, virusla uzun müddət yaşamağımız kədərli bir həqiqətdir", - dedi İmnadze.


