26 
Yan
2021
20:56
321

Xarici İşlər Nazirində koronavirus aşkarlandı

Gürcüstanın Xarici İşlər Naziri Davit Zalkalianidə koronavirus təsdiqləndi.

InterPress.ge xəbər verir ki, bu barədə Zalkaliani sosial şəbəkədə bildirib.

Zalkalianinin sosial şəbəkədə yazdığına görə, evdə bütün protokollara uyğun olaraq müalicə olunur.

“Bu il yanvarın 23-də yoluxmuş şəxslə təmasdan sonra özümü təcrid etməyə keçdim. Müəyyən olunmuş tarixdən sonra PCR testindən keçdim. Nəticədə KOVID-19 təsdiqləndi. Bu məqamda özümü yaxşı hiss edirəm. Bütün protokollara uyğun olaraq evdə müalicə olunuram. Ümid edirəm tezliklə həmişəki həyat tərzimə qayıdacağam.

Hər kəsə çox təşəkkür edirəm. Bir-birimizin qeydimizə qalaq və risklərin qarşısını almaq üçün, Səhiyyə Nazirliyinin tövsiyələrini mümkün qədər yerinə yetirək",- deyə Zalkaliani yazıb.

Bizimlə əlaqə saxlayın