Baş nazir gömrük işçilərinə təşəkkür etdi
"Bu gün bütün dünyada gömrükçülər gününü qeyd edirlər. Bildiyiniz kimi, Gürcüstan gömrüyü epidemiyanın yayıldığı ilk gündən Gürcüstanın iqtisadi sərhədlərini qorumaq, vətəndaşlarımıza və ölkəmizin qonaqlarına kömək etməklə yanaşı, iqtisadi aktorların epidemiya, pandemiya şəraitində normal fəaliyyət göstərməyə davam etmələrində fəal iştirak etdi və mən onlara təşəkkür etmək istəyirəm".
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri Qiorqi Qaxaria, İdarələrarası Koordinasiya Şurasının bugünkü iclasında bəyan edib.
Baş nazir gömrük işçilərinin fəaliyyətinin ölkənin sürətli iqtisadi inkişafı üçün əhəmiyyətli olduğunu qeyd edib.
"Hamımız anlamalıyıq ki, gömrük işçilərimiz 24 saat ərzində işləyirlər və bu, ölkənin iqtisadi inkişafı, ölkənin iqtisadi sərhədlərinin qorunması və ölkənin sürətli iqtisadi inkişafı üçün son dərəcə dəyərli və son dərəcə əhəmiyyətli bir fəaliyyətdir. Biz bunları görürük, qiymətləndiririk və onlara təşəkkür edirik", - dedi Baş nazir.


