24 
Yan
2021
16:19
585

Koronavirusla əlaqəli məhdudiyyətlərə qarşı hökumət administrasiyası qarşısında aksiya keçirilir

Hökumət administrasiyası qarşısında aksiya keçirilir.

InterPress.ge xəbər verir ki, etirazçılar koronavirusun yayılmasına qarşı qoyulan məhdudiyyətlərə etiraz edir.

Biznes nümayəndələri, müxtəlif siyasi partiyaların nümayəndələri və vətəndaşlar aksiya yerindədirlər.

"Qirçi-Daha çox Azadlıq" partiyasının lideri Zurab Caparidzenin sözlərinə görə, aksiyanın məqsədi məhdudiyyətlərin qaldırılmasıdır.

“Aksiyanın məqsədi hökumətin pandemiya ilə mübarizə adı altında qoyduğu bütün məhdudiyyətlərin aradan qaldırılmasıdır. Şəxsən mən bunun üçün gəlmişəm, lakin, təşkilatçı deyiləm. Müxtəlif növ biznes assosiyasiyaları təşkilatçıdır. Mən aylarla bu məhdudiyyətlərin götürülməsini xahiş edən insanlardanam. Düşünürəm ki, bu məhdudiyyətlər aradan qaldırılmasa, yoxsulluğun daha da dərin bir bataqlığına qərq olacağıq və oradan çıxmaq daha da çətin olacaq. Bütün məhdudiyyətlər ləğv ediləsidir. Şəxsən mən bu tələblə gəlmişəm, amma bəlkə də fərqli insanlar buraya fərqli tələblərlə gəliblər, bəzilərini nəqliyyat narahat edir, bəzilərini hava yollarının açılması və s.", - Zurab Caparidze dedi.

Onun sözlərinə görə, bir çox ölkə koronavirus səbəbindən Gürcüstandakı kimi oxşar məhdudiyyət qoyulmayıb.

"Bu statistika rəqəmlərin manipulyasiyasıdır və başqa bir şey deyil. Heç vaxt bağlanmayan bir çox ölkə var, nə uşaq bağçaları, nə də məktəblər bağlanmayıb. Bir çox ölkələr var, hansı ki, ictimai nəqliyyat dayanmayıb və normal yaşayırlar. Biz kasıb bir ölkəyik və bizim üçün hər hansı bir məhdudiyyət daha da yoxsullaşmaq deməkdir. Etdiyimiz şey dəlilikdir, insanları aclığa qurban veririk və bu bir an əvvəl bitməlidir",- dedi Zurab Caparidze.

Bizimlə əlaqə saxlayın