24 
Yan
2021
13:48
515

Türkiyə Cümhuriyyəti Gürcüstanın Müdafiə Qüvvələrinə lazer məsafə ölçən və bir sıra mühəndis avadanlığı verdi

Türkiyə Cümhuriyyəti Hökuməti Gürcüstanın Müdafiə Qüvvələrinə lazer məsafə ölçən və bir sıra mühəndis avadanlığı verib. Mühəndis avadanlıqlarının və texniki vasitələrin təhvil verilməsinin rəsmi tədbiri "Armihol" da keçirilib.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Müdafiə Nazirliyinin Mətbuat xidməti yayır.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, mərasimdə qəbul aktını Gürcüstan tərəfindən - Müdafiə Qüvvələri Baş Qərargahının Strateji Planlaşdırma İdarəsinin rəisi polkovnik İoseb Nikoleişvili, Türkiyə tərəfindən isə - polkovnik Burak Altıner imzalayıb.

“Texniki vasitələr Gürcüstan Müdafiə Qüvvələrinin döyüş mühəndis bölmələrinə paylanacaq və onlara həvalə edilmiş vəzifələrin səmərəli yerinə yetirilməsinə kömək edəcəkdir.

Gürcüstan və Türkiyə uzun illərdir müdafiə sahəsində müxtəlif sahələrdə sıx və uğurlu əməkdaşlıq edir", - deyə Gürcüstan Müdafiə Nazirliyinin açıqlamasında bildirilir.

Bizimlə əlaqə saxlayın