1 USD = 3.325 GEL 1 1 EUR = 3.998 GEL 1 AZN = 1.954 GEL 1 TRY = 0.454 GEL 1 RUB = 4.456 GEL
19 
Yan
2021
08:53
284

Samsung Galaxy S21 seriyasının yeni smartfonları təqdim edildi

Cənubi Koreyanın Samsung Electronics şirkəti Galaxy S21, Galaxy S21+ və Galaxy S21 Ultra-nın ən qabaqcıl smartfonlarını təqdim etdi.

InterPress.ge məlumatına görə, təqdimat şirkətin saytında canlı yayımda gedib.

Galaxy S21 smartfonu 6,2 düymlük Dynamic AMOLED 2X Infinity-O 120Hz ağıllı adaptiv ekrana malikdir. 

Galaxy S21+ Galaxy S21 ilə eyni xüsusiyyətlərə sahib olan 6,7 düymlük ekrana və daha da genişlənmiş batareyaya sahibdir.

Hər iki modeldə hər səhnəni qiymətləndirən və tənzimləyən üçqat sünu intellektli kameralar var. Hər iki smartfon Exynos 2100 prosessor, 8GB operativ yaddaş və 128GB /256GB daxili yaddaşa malikdir.

Galaxy S21 Ultra modeli Galaxy S21 seriyasında ən böyük cihazdır. Bu yeni smartfon bütün linzalarda saniyədə 60 kadr sürətli 4K çəkilişi dəstəkləyir.

Yeni modellər 5G bağlantısını dəstəkləyir.

Bizimlə əlaqə saxlayın