Marneuli merinin yeni müavini kollektivə təqdim olunub
Marneuli Bələdiyyəsinin meri Daur İsmayılov yeni təyin olunmuş müavini Teona Parjianini əməkdaşlara təqdim edib.
InterPress.ge xəbər verir ki, bu barədə Marneuli meriyası məlumat yayıb.
Bildirilib ki, Teona Parjiani həm dövlət qurumlarında, həm də özəl sektorda müxtəlif məsul vəzifələrdə çalışıb və uzunillik peşəkar təcrübəyə malikdir.
O, Marneuli Bələdiyyə Məclisinin (Sakrebulo) üzvü olub. Son dövrədək Maliyyə-Büdcə Komissiyasına rəhbərlik edən Teona Parjiani bələdiyyə büdcəsinin planlaşdırılması, maliyyə siyasətinin formalaşdırılması və mühüm qərarların qəbulunda fəal iştirak edib.
Marneuli meri Daur İsmayılov yeni təyin olunan müavinə fəaliyyətində uğurlar arzulayıb və onun peşəkarlığının bələdiyyənin inkişafına mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.
Təqdimat mərasimində merin birinci müavini Qiorqi Qodabrelidze də iştirak edib.


