18 
Yan
2021
08:50
384

Rustavidə dəm qazından bir ailənin 3 üzvü zəhərləndi

Rustavidə, 7-ci mikrorayonda bir ailənin 3 üzvü dəm qazından zəhərlənib.

InterPress.ge xəbər verir ki, dəm qazından zəhərlənənlər orta yaşlı bir kişi və onun 24 və 17 yaşlı övladlarıdır.

"Heç bir qoxu və ya buna bənzər bir şey yox idi. Çimirdim və özümü pis hiss elədim. Hamamdan çıxdım və qan təzyiqimi ölçmək üçün qardaşımı axtardım. Dərman gətirməyə göndərəndə, huşsuz vəziyyətdə yıxıldı. İkimiz də özümüzü pis hiss edəndə, bir şeylərin yolunda getmədiyini anladım. Qardaşım dərman gətirəndə yerə yıxıldı, səs-küydən atam mətbəxdən çıxdı. O da mənə dedi ki, səs-küydən özümə gəldim, mən də özümü pis hiss edirdim.Təcili yardım çağırmağı bacardım", - dedi Elene Porçxidze.

Dəm qazından zəhərlənmiş hər üç şəxsi təcili yardım briqadası xəstəxanaya aparıb.

Hal-hazırda Elene və atası evə buraxılıb, ancaq onun kiçik qardaşı yıxıldığı zaman aldığı yüngül beyin travmasından xəstəxanadadır.

Bizimlə əlaqə saxlayın