17 
Yan
2021
13:49
518

Hökümət Administrasiyasında Baş nazir Qiorqi Qaxarianın rəhbərliyi ilə işgüzar görüş keçirildi

"Aşılama planı aşılama ilə bağlı mövcud ola biləcək bütün imkanları əhatə edir".

InterPress.ge xəbər verir ki,
Bu barədə Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbər müavini Paata Imnadze Baş nazir Qiorqi Qaxarianın rəhbərlik etdiyi Hökümət Administrasiyasında keçirilən işgüzar görüşdə bildirib.

"Plan aşılamanın necə və hansı şəkildə aparılmasını ehtiva edir və buna müvafiq olaraq, plan ölkəyə nə cür peyvənd gətiriləcəyi ilə əlaqədardır, yəni burada -80-lik, -20 dərəcəlik və normal temperatur peyvəndi nəzərdə tutulur. Yəni, plan aşılama ilə əlaqəli bütün imkanları özündə cəmləşdirir", - dedi Paata Imnadze.

Eyni zamanda, səhiyyə nazirinin müavini Tamar Qabunia görüşdə peyvənd üçün hədəf və prioritet qruplarının müzakirə olunduğunu söyləyib.

"Plan təsdiqləndi, gələn həftə planın rəsmiləşdirilməsi üçün bu gün bəzi detallara aydınlıq gətirilir. Plana əsasən, hədəf qruplar, prioritet qruplar, istifadə və cəlb ediləcək bütün peyvəndlər müzakirə edilir - bir neçə belə peyvənd olacaq, bütün o peyvəndlər, hansılar ki, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən tanınacaq", - dedi Qabunia.

Hökumət rəhbərliyindən bildirildiyinə görə, aşılama planı üzərində iş praktik olaraq tamamlanıb. Baş nazir Qiorqi Qaxarianın rəhbərliyi ilə bu gün Hökümət Administrasiyasında planın son təfərrüatları ilə bağlı işgüzar iclas keçirilib.

Bizimlə əlaqə saxlayın