17 
Yan
2021
10:59
1437

Ölkədə koronavirusla bağlı son vəziyyət

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) son 24 saat ərzində 780 yeni yoluxma halı qeydə alınıb.

InterPress.ge-nin xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında bildirilib.

Bununla da ölkədə virusa yoluxanların sayı 247 805 nəfərə çatıb.

Sağalanların sayına gəldikdə isə, ölkədə son 24 saat ərzində 1 608 sağalma qeydə alınaraq ümumi sağalanların sayı 232 993 nəfər təşkil edib.

Eyni zamanda bildirilir ki, bu gün koronavirusdan daha 17 nəfər ölüb və ölənlərin ümumi sayı 2 933 nəfər təşkil edib.

Qeyd edək ki, son 24 saat ərzində 9 083 test aparılmışdır. Bunlardan 4 796-ı sürətli antigen testi, 4 287-i isə PCR testidir.

Xatırladaq ki, Gürcüstanda yeni növ koronavirusa ilk yoluxma halı fevralın 26-da təsdiqlənib.

Bizimlə əlaqə saxlayın