1 USD = 3.299 GEL 1 1 EUR = 3.98 GEL 1 AZN = 1.941 GEL 1 TRY = 0.44 GEL 1 RUB = 4.445 GEL
14 
Yan
2021
19:58
271

Çoxatauridə müsəlmanların və xristianların münaqişəsi ilə bağlı görüş keçirildi

Çoxatauri Bələdiyyəsində hökumət nümayəndələri ilə Gürcüstan Müsəlmanlar İdarəsinin Müftisi arasında görüş başa çatdı.

InterPress.ge-nin məlumatına görə, Buknaridəki problem həll edilib.

Bələdiyyə binası qarşısındakı toplananların istəyi ilə sabah xristian və müsəlman icmaların, eləcə də dövlət rəsmilərinin iştirak edəcəyi başqa bir iclas planlaşdırılır.

İclasdan sonra bildirildiyinə görə, sabah müsəlmanların ibadətgahında ibadət keçiriləcək.

 "Biz kəntdə anlaşılmazlığın olmamasını, hər kəsin qardaşlıq münasibətlərinə davam etməsini istəyirik.  Ona görə gəldim, sabah sizin ibadətgaha da gedəcəm. Oturaq, sevgi və dostluğu davam etdirək. Biz də, siz də, bunun zəmanətiyik. Bundan sonra kimsə cəsarət etsə, mən tərəfdən də, siz tərəfdən də tələblər olunacaq", - dedi majoritar millət vəkili Vasil Çiqoqidze.

İclasın keçirilməsi tələbi təmin edildikdən sonra Bələdiyyə binası qarşısındakı aksiya sona çatıb.

Bizimlə əlaqə saxlayın