1 USD = 3.299 GEL 1 1 EUR = 3.98 GEL 1 AZN = 1.941 GEL 1 TRY = 0.44 GEL 1 RUB = 4.445 GEL
14 
Yan
2021
19:42
2537

Gürcüstanda gəlin qayınatasını döydü

Tianeti rayonunun Gigeti kəndində gəlin qayınatasına fiziki zorakılıq edib.  

InterPress.ge-nin məlumatına görə, fiziki qarşıdurmaya səbəb əmlak mübahisəsi olub.

Məlumata əsasən, Tianeti bölgəsində gəlin qaynatası 96 yaşlı Vardo Tataraşvilini və onun vəkilini döyüb.  Yerli sakinlər ailə üzvləri arasındakı qarşıdurmanın uzun illərdir davam etdiyini bildiriblər. Evin və torpağın yarısı kişiyə məxsusdur, qalan yarısı isə uşağın adındadır. Məlumata görə, yaşlı kişinin oğlu və gəlini, kişinin yarısına müxalif olduğu əmlakı bütünlüklə öz üzərlərinə götürmək istəyiblər.

Yayılan məlumatlara görə, iş o yerə çatıb ki, yaşlı kişini heyvan damına köçürüblər, lakin "Gürcüstan üçün Birlik" təşkilatı yaşlı kişini Tbilisidə kirayə evə köçürüb.

Daxili İşlər Nazirliyindən bildirildiyinə görə, hadisə ilə bağlı istintaq Cinayət Məcəlləsinin 126-cı Prima maddəsinin birinci hissəsinə əsasən başladılıb, hansı ki, ailə zorakılığını nəzərdə tutur.

Xəbər agentliyi zorakı gəlin barəsində həbs qətimkan tədbiri seçildiyini təsdiqləyib.  Təqsirləndirilən Marina Axalaurinin dediyinə görə, yaşlı kişinin özü ona zorakılıq edirmiş.  96 yaşlı kişinin damda yaşamasına gəlincə, gəlinin dediyinə görə, qayınatası orada yaşamağı xoşlayırdı.

Bizimlə əlaqə saxlayın