14 
Yan
2021
16:40
892

Çoxatauridə Bütün Gürcüstan Müsəlmanlar İdarəsinin Müftisinin çıxışı səs-küyün yaranmasına səbəb oldu

Bütün Gürcüstan Müsəlmanlar İdarəsinin Müftisinin Çoxatauri Bələdiyyə Binası qarşısındakı aksiyada çıxışı səs-küyün yaranmasına səbəb oldu.

InterPress.ge xəbər verir ki, razılaşma əldə edildiyini, problemin həll olunduğunu və sabah Buknaridə ənənəvi cümə namazının qılınacağını qeyd edən Adam Antadzenin açıqlaması etirazçıları qıcıqlandırıb.

Etirazçılar problemin həll olunmadığını bildiriblər.

"Gürcüstanda müxtəlif etnik və dinlərə mənsub insanlar yaşayırdılar və vahid, güclü bir ölkənin qurulmasına öz töhfələrini verirdilər. Bu gün də belədir. Etnik, dini müxtəliflik, tarixi və mədəni sərvətimizdir, hansı ki, qorunmaya və diqqətə ehtiyacı var. Əlbətdə ki, iki gün əvvəl Buknari kəndində baş verənlər çox üzücüdür. Bu hadisədən çox kədərləndik. Mən bu axşam gəldim, ibadətgahda ibadət edənlərlə görüşdüm, söhbət etdim. Məqsədimiz ibadətləri davam etdirmək və kəndi yenidən sülhə qaytarmaqdır, biz bir ölkənin xalqıyıq, bir millətin xalqıyıq, bir qandanıq, bir ətdənik, buna görə də bu ölkə hər kəs üçündür. Biz dövlətdən başlayaraq kütləvi informasiya vasitələri, din xadimləri, qeyri-hökumət təşkilatları, hər bir vətəndaş Konstitusiya ilə təmin edilmiş dinin qorunması hüququnun qarantisi olmağa diqqət göstərməliyik. Buna görə Allaha şükür ki, ibadətlər davam edəcək. Baş verənlər təəssüf doğurur, ancaq təxribata əl atmamalıyıq", - dedi Bütün Gürcüstan Müsəlmanlar İdarəsinin Müftisi Adam Antadze.

Bizimlə əlaqə saxlayın