14 
Yan
2021
13:40
436

Çoxatauridə müsəlman icmasının nümayəndələri yenidən görüş tələb edir

Çoxatauridə, müsəlman icmasının nümayəndələri bələdiyyənin inzibati binasının yaxınlığında toplaşıblar.

InterPress.ge xəbər verir ki, yerli sakinlər fərqli bölgələrdən tərəfdarlar gözlədiklərini dilə gətiriblər.

Onların sözlərinə görə, tərəflər arasındakı dünənki görüş inandırıcı deyildi və bənzər bir görüş bu gün də keçirilməlidir.

“Dünənki görüş bizim üçün inandırıcı deyil. Gürcüstanın müxtəlif bölgələrindən tərəfdarlar gözləyirik. Daha bir görüş təyin olunmalı və burada xristian və müsəlman icmalarının nümayəndələri, patriarxlığın və müftiliyin, mərkəzi hökumətin və medianın nümayəndələri iştirak etməlidir. Bu məsələ yerli hökumət səviyyəsində həll olunmayacaq. Dövlətdən, cavabdeh olanlardan, müsəlmanların yalnız bu kənddə deyil, bütün ölkədə ibadət etməsinə icazə vermələrini tələb edirik”, - dedi Acarıstan müsəlman icmasının nümayəndəsi Firuz Culukidze.

Polis hadisə yerinə cəlb olunub.

Bizimlə əlaqə saxlayın