1 USD =3.227 GEL 1 EUR =3.827 GEL 1 AZN =1.899 GEL 1 TRY =0.412 GEL 1 RUB =4.187 GEL
13 
Okt
2020
15:15
150

Natia Turnava: "İqtisadiyyat müsbət inkişafa qayıdır"

“Gürcüstan iqtisadiyyatı tədricən müsbət inkişafa qayıdır. Sentyabr ayı xarici ticarət statistikaları açıqlandı və sentyabr ayında ixracatımızın yüzdə 8,6 artması çox sevindirici haldır. Eyni zamanda, idxal azaldı, bu da xarici ticarət balansının yaxşılaşması deməkdir".

InterPress.ge xəbər verir ki, bu haqda məlumatı İqtisadiyyat və Davamlı İnkişaf Naziri Natia Turnava, Geostatın sentyabr 2020 xarici ticarət məlumatlarını şərh edərkən deyib.

Nazirin sözlərinə görə, ixracatın artmasına xüsusi töhfə kənd təsərrüfatı və tekstil məhsulları verir.

Geostatın yaydığı məlumata görə, ixracat sentyabr ayında 332 milyon GEL-ə yüksəldi. Eyni zamanda, ticarət kəsiri 98,5 milyon dollar yaxşılaşmışdır. 2020-ci ilin yanvar-sentyabr dövrlərinə gəlincə, ticarət kəsiri 752,6 milyon ABŞ dolları dəyərində azalıb və 3 314,1 mln. ABŞ dollarına bərabərləşib. Yanvar-sentyabr aylarında ticarət kəsiri xarici ticarət dövriyyəsinin 40,8 faizini təşkil edib və əvvəlki ilə nisbətən 1,8 faiz yaxşılaşıb.

2019-cu ildə ixracat rekord həddə 3.798.4 milyon ABŞ dollarına çatdı və əvvəlki ilə nisbətən yüzdə 12,4 artdı.

Bizimlə əlaqə saxlayın