27 
Nybr
2020
10:13
782

Ana qaydalara əməl etsə də, azyaşlı övladlarını qəzadan qoruya bilmədi - VİDEO

Yanında iki uşağı olan qadın piyada keçidində hərəkət etsə də, maşın onları vurub. Dəhşətli hadisənin baş vermə anı yola quraşdırılmış müşahidə kamerası tərəfindən qeydə alınıb.

InterPress.ge-nin “Life Shot” “Telegram” kanalına istinadən məlumatına görə, hadisə Rusiyanın Sankt-Peterburq şəhərində baş verib.

Zərbədən üç yaşlı qız və uşaq arabasında olan yaş yarımlıq oğlan bir neçə metr kənara düşüb.

Xoşbəxtlikdən hər iki uşaq sağ qalıb. Onlar orta ağır vəziyyətdə xəstəxanaya yerləşdiriliblər. Qadın xəsarət almayıb.

Bizimlə əlaqə saxlayın