27 
Sen
2020
11:02
1507

Azərbaycan MN: Ermənistanın xeyli sayda canlı qüvvəsi, hərbi obyektləri, 12 “OSA”sı məhv edildi

"Azərbaycan Ordusunun cəbhə zonasında adekvat cavab zərbələri ilə Ermənistan silahlı qüvvələrinin ön xətdə və müdafiənin dərinliyində yerləşən xeyli sayda canlı qüvvəsi, hərbi obyektləri və döyüş texnikasını aşkar olunaraq məhv edilib".

InterPress.ge xəbər verir ki, bu barədə Azərbaycanın Müdafiə Nazirliyinin məlumatında bildirilir.

Nazirlik qeyd edir ki, "əldə olunan məlumata görə, müxtəlif istiqamətlərdə Ermənistan hava hücumundan müdafiə bölmələrinin 12 ədəd “OSA” zenit-raket kompleksi məhv edilib.

Azərbaycan Hərbi Hava Qüvvələrinin cəbhənin Tərtər istiqamətində bir döyüş helikopteri vurulub, ekipaj üzvləri sağdır.

Qoşunlarımızın sürətli əks-hücum əməliyyatı davam edir", - Müdafiə Nazirliyi qeyd edir.

Bizimlə əlaqə saxlayın