02 
Iyn
2020
16:07
1297

Türk Hava Yolları beynəlxalq reysləri bərpa edir

"Türk Hava Yolları” aviaşirkəti iyunun 18-dən beynəlxalq reysləri bərpa edəcək.

InterPress.ge xəbər verir ki, bunu şirkətin mətbuat katibi Yəhya Üstün Tvitter səhifəsində yazıb.

O bildirib ki, həmin tarixdən Türkiyənin 14, Avropanın 16 şəhərinə uçuşlar həyata keçiriləcək.

Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədar “Türk Hava Yolları” şirkəti də uçuşları dayandırmışdı.

Xatırladaq ki, may ayının əvəllərində “Turkish Airlines” iyun ayından daxili və beynəlxalq uçuşları yeniləməyi planlaşdırdığını, həmçinin Gürcüstan istiqamətində də uçuşların bərpa olunacaqını açıqlamışdı.

Bizimlə əlaqə saxlayın