04 
Yan
2021
05:58
381

Azərbaycanda koronavirusla bağlı son vəziyyət

Azərbaycanda koronavirusa (COVID-19) 803 yeni yoluxma faktı qeydə alınıb, 2918 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

InterPress.ge xəbər verir ki, bu barədə Azərbaycanın Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb.

Məlumata görə, 30 nəfər COVID-19-dan vəfat edib.

Aktiv xəstə sayı 22689 nəfərə çatıb.

Qonşu ölkədə son sutka ərzində 6200, hazırkı dövrədək isə 2210426 test aparılıb.

Ümumi ölənlərin sayı 2733 nəfərdir.

Ümumi yoluxanların sayı 220265 nəfər, ümumi sağalanların sayı 194843 nəfərdir.

Bizimlə əlaqə saxlayın