10 
Okt
2020
10:24
430

Qamğrelidze: "Gürcüstanda İtalyan ssenarisinin təkrarlanmasının reallığa yaxın olduğunu düşünmürəm"

"Gürcüstanda İtalyan ssenarisinin təkrarlanmasının reallığa yaxın olduğunu düşünmürəm".

InterPress.ge xəbər verir ki, bu haqda Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri Amiran Qamğrelidze bildirib.

"Hər kəsin xəstəxanada müalicəyə ehtiyacı olmur. Evdə və ya covidmehmanxanalarda müalicələr davam etdirilir və bilirsiniz ki, biz bir modelə keçmişik. Biz də dünya kimi bu səkkiz ay ərzində çox şey öyrəndik və düşünmürəm ki, Gürcüstanda İtaliya ssenarisinin təkrarlanması reallığa yaxın olacaq. Dövlət eləcə də həkimlər ölkədə belə bir hadisənin baş verməməsi üçün hər şeyi edəcəklər", - dedi Amiran Qamğrelidze

Xəstəliklərə Nəzarət Milli Mərkəzinin Yoluxucu Xəstəliklər şöbəsinin müdiri Xatuna Zaxaşvili də öz növbəsində virusun yayılması indiki tempdə davam edərsə səhiyyə sisteminin yataq mövzusunda problemi olmayacağını qeyd etdi. O, bundan başqa vətəndaşların üzərinə düşən məsuliyyəti də vurğuladı.

“Unutmayın ki, bu yalnız dövlətin səlahiyyətində deyil. Bu ölkənin vətəndaşları da məsuliyyət daşıyır. Virusun sürətli yayılmasının qarşısını almalıyıq və bunu nə qədər tez etsək, İtalyan ssenarisinin təkrarlanacağını o qədər az gözləyə bilərik", - dedi Zaxaşvili.

Bizimlə əlaqə saxlayın