22 
Sen
2020
18:39
2385

Təhsillə bağlı səhiyyə nazirliyindən açıqlama verildi

Səhiyyə nazirinin birinci müavini Tamar Qabunia təlim protokollarında dəyişikliklərin olacağını istisna etmir.

InterPress.ge xəbər verir ki, Qurumlararası Koordinasiya Şurasının iclasından sonra keçirilən brifinqdə məsələyə münasibət bildirərkən bu, beynəlxalq tövsiyələrdən asılıdır deyib.

Onun sözlərinə görə, hökumətin təhsillə başlama tarixi və forması ilə bağlı qərarı dəyişməyib.

“Təhlükəsizlik protokolları kifayət qədər təfərrüatlıdır. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən yeni bir tövsiyə irəli sürülsə bəzi dəyişikliklərin edilə biləcəyini istisna etmirəm.

Təhsilin başlaması tarixinə gəlincə, bununla bağlı yeni bir qərar qəbul edilməyib", - dedi Tamar Qabunia.

Bizimlə əlaqə saxlayın