14 
Sen
2020
22:33
1673

Hökumət administrasiyasının rəhbəri: "Karantin müddəti azaldılır"

"Karantin müddəti sabahdan etibarən azaldılacaq".

InterPress.ge xəbər verir ki, bu barədə Hökumət administrasiyasının rəhbəri Natia Mezvrişvili qeyd edib.

Koordinasiya Şurasının baş tutan iclasından sonra Mezvrişvilinin sözlərinə görə , hökumət virusun daha çox yayıldığı yerlərdə məhdudiyyətlər tətbiq edir.

“15 sentyabrdan etibarən karantin müddətinin azaldılmasına dair tənzimləmə qüvvəyə minəcək. Hökumətin məhdudiyyətlərə qarşı asılılığını hamı yaxşı bilir. Qeyd edim ki, virusun daha çox yayıldığı yerlərdə məhdudiyyətlər tətbiq edirik", - dedi Mezvrişvili.

Onun sözlərinə görə, hər bir vətəndaş tövsüyyələrə /qaydalara riayət etmək məsuliyyətini daşıyır .

“Bu gün qüvvədə olan qaydaların icrası sərtləşdirildi. Əmək Müfəttişliyi və polis qanun və qaydalara əməl olunmasına nəzarət etmək üçün əllərindən gələni edirlər. Xalqı qaydalara əməl olunmasında polisə və əmək müfəttişliyinə dəstək olmağa çağırıram! Bu gün məsuliyyət hər birimizin üzərinə düşür ", - deyə Natia Mezvrişvili qeyd etdi.

Qeyd edək ki, hökumətin qərarına əsasən ölkəyə girənlər üçün 14 günlük karantin müddəti 8 günə endiriləcək. 8 günlük karantin müddəti bitdikdən sonra yəni 9-cu gün şəxs PCR testdən keçiriləcək, əgər test cavabı mənfi olarsa vətəndaşlar karantin ərazisini tərk edəcəklər və buna baxmayaraq 12-ci gün yenidən PCR testdən keçəcəklər.

Bizimlə əlaqə saxlayın