14 
Sen
2020
10:29
889

Gürcüstanda koronavirusa yoluxanların sayı sürətlə artmaqda davam edir - YENƏ REKORD

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) son 24 saat ərzində 165 yeni yoluxma halı qeydə alınıb.

InterPress.ge-nin xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında bildirilib.

Bununla da ölkədə virusa yoluxanların sayı 2392 nəfərə çatıb.

Sağalanların sayına gəldikdə isə, sağalanların ümumi sayında dəyişilik olmayıb və hal-hazırd1369 nəfər təşkil edir.

Eyni zamanda qeyd olunub ki, koronavirus səbəbi ilə 5882 nəfər karantində saxlanılır.

Qeyd edək ki, koronavirus səbəbi 19 nəfər vəfat edib.

Xatırladaq ki, Gürcüstanda yeni növ koronavirusa ilk yoluxma halı fevralın 26-da təsdiqlənib.

Bizimlə əlaqə saxlayın