06 
Avq
2020
12:57
4718

Vətəndaşalara ŞAD XƏBƏR! Komunal xərcləri yenə 4 ay ərzində hökumət ödəyəcək - VİDEO

Hökumət Gürcüstan vətəndaşlarına kommunal xidmət haqqını noyabr, dekabr, yanvar və fevral aylarında ödəyəcəkdir.

InterPress.ge xəbər verir ki, müvafiq bəyanatı Gürcüstanın Baş naziri Giorgi Qaxaria hökumət iclasında verib.

"Vətəndaşlarımızın ailələrinin gəlirlərinin azalmasını və ya iş yerlərini itirməsini kompensasiya etmək üçün hökumət bu proqramı qışın 4 ayına kommunal xərclərə dəstək olaraq genişləndirmək qərarına gəldi. Noyabr, Dekabr, Yanvar və Fevral olacaq. Əvvəlki kimi eyni prinsipə görə - 200 kilovatadək elektrik enerjisi və 200 kubmetrə qədər işlədən vətəndaşların qazı dövlət tərəfindən ödəniləcəkdir. Nisbətən varlı və ya imkanlı vətəndaşlarımız bu cür yardımdan imtina edə biləcəklər", - dedi Qaxaria.

Qeyd edək ki, 200 kilovatdan və 200 kubmetrədən artıq işlədənlər özləri ödəyəcək bütün xərcləri.

Bizimlə əlaqə saxlayın