14 
Iyl
2020
15:47
2430

"Avtomobilləri maye qaza çevirmək artıq olmaz"

“Avtomobilləri maye qaza çevirmək artıq olmaz. Göstərici demək olar ki 3-5 %-dək enib".

InterPress.ge xəbər verir ki, bu haqda maye qaz assosasiyasının rəhbəri Nika Xoperia açıqlama verib.

Onun dediyinə görə, buna səbəb parlamentin qəbul etdiyi qərardır. Maye qazın aksizində qiymətlər artır. Maye qazın 2 mərhələli aksizin vergisi ləğv edildi ( 120 lari + 180 lari) və bir mərhələli ( 300 lariyə) keçdi. Bu sahənin mütəxəssisləri maye qazın bahalaşdığını hesab edirlər.

“Bu günki vəziyyətə görə bir çox kiçik və orta şirkətlər maye qazın idxalını həyata keçirirlər. Bu şirkətlər çox rəqabət bacarığına malikdirlər. 3 il ərzində təxminən 300-350 maye qazın avtomobil doldurma məntəqəsi açılıb. Bu gün ki, gündə 50 min avtomobil benzindən maye qaza keçirilib. Bu az say deyil. Buna Avropadan və təxminən 3000- 4000 koreyadan idxal edilmiş maye qaz avtomobilləri də əlavə etmək olar. Avtomobilləri maye qaza çevirmək artıq olmaz. Göstərici demək olar ki 3-5 %-dək enib”, - deyə Xoperia bildirib.

Bizimlə əlaqə saxlayın