02 
Iyn
2020
23:55
2085

Bolnisidən bir şəxs koronavirusdan həyatını itirdi

Gürcüstanda bu gün daha bir nəfər korona virusdan həyatını itirib, bununlada ölkədə virusdan ölənlərin sayı 13-ə çatıb.

InterPress.ge xəbər verir ki, bu barədə İctimai Televiziya məlumat yayıb.

Bolnisi İctimai Səhiyyə Mərkəzinin rəhbəri Maka Mamardaşvilinin sözlərinə görə, mərhum xəstə Musevani (Dəllər) kəndindən idi və Tbilisidə Respublika Xəstəxanasında müalicə edilirdi.

“Mən Mushevani kəndindən bir xəstənin öldüyünü təsdiqləyirəm. Kişi Respublika Xəstəxanasında müalicə olundu. Yoluxucu xəstəlikləri var idi. Həmin şəxs günortadan sonra həyatını itirdi. Onda koronavirusu mayın 9-da təsdiqlənmişdi", - dedi Mamardaşvili.

Respublika Xəstəxanasının direktoru Levan Gopodzenin dediyinə görə, mərhum kişinim 75 olub. Onun sözlərinə görə, xəstənin vəziyyəti ciddi qiymətləndirilib və yoluxucu xəstəlikləri olub.

Bizimlə əlaqə saxlayın