26 
May
2020
14:53
850

Arçil Talakvadze: "Gürcüstan Dövləti ölkədə yaşayan hər bir insanın qorunmasına və inkişafına can atır"

"Gürcüstanın Müstəqillik Günü münasibatilə sizi təbrik edirəm, mənim üçün böyük şərəfdir ki, bu tarixi əsgərlərimizlə bərabər qeyd edirəm".

InterPress.ge xəbər verir ki, bu sözlərlə Gürcüstan parlamentinin sədri Arçil Talakvadze, Vaziani 4-cü mexanizasiyalı briqadasının bazasında, Müstəqillik Gününə həsr edilən tədbirdə iştirak edənlərə müraciət edərək dedi.

“Fəxr edirəm ki, yeni nəslimiz əjdadlarımızın onlara buraxdığı mirasa sahib çıxırlar və ölkənin müstəqilliyinin daha da möhkəmlənməsinə öz qatqılarını əlavə edirlər.

Ərazilərimizin işğalının davam etməsinə baxmayaraq, Gürcüstanın müsbət bir gündəmi var, fəal dövlət institutu və layiqli ictimaiyyəti var və həmçinin, qərbdə güclü strateji partnyorları var.

Müvəffəqiyyətlərə birlikdə nail olduq və ictimaiyyətimizə böyük təşəkkür edirəm.

Bizə qürür verən əsgərlərimizə də böyük təşəkkür edirəm – dedi Arçil Talakvadze.

Bizimlə əlaqə saxlayın