Bizimlə əlaqəHaqqımızda—
Ən son:
Tbilisidə keçirilən “Etnomədəni ədəbi-musiqili gənclər salonu” layihəsində Azərbaycan mədəniyyəti təqdim olunubSaqarecoda 4 evə gizli daxil olaraq oğurluq edən əvvəllər məhkum olunmuş şəxs saxlanılıbGürcüstanda qanunsuz silah və döyüş sursatlarının saxlanılması ittihamı ilə 9 nəfər saxlanılıbGürcüstanda 6 kiloqramdan çox mefedron ələ keçirilib, bir nəfər saxlanılıbİrakli Kobaxidze: 50, 100 və 150 nəfərlə Rustaveli prospektini bağlayan insanlara siyasi rəğbət bəsləyə bilmərəmAğır yol qəzası nəticəsində gənc oğlan həyatını itirdi, üç nəfər yaralandıBatumi beynəlxalq hava limanında “Beşiktaş” və “Hapoel Beer-Şeva” azarkeşləri arasında mübahisə baş veribTbilisidə genişmiqyaslı aksiya başladıTbilisidə keçirilən “Etnomədəni ədəbi-musiqili gənclər salonu” layihəsində Azərbaycan mədəniyyəti təqdim olunubSaqarecoda 4 evə gizli daxil olaraq oğurluq edən əvvəllər məhkum olunmuş şəxs saxlanılıbGürcüstanda qanunsuz silah və döyüş sursatlarının saxlanılması ittihamı ilə 9 nəfər saxlanılıbGürcüstanda 6 kiloqramdan çox mefedron ələ keçirilib, bir nəfər saxlanılıbİrakli Kobaxidze: 50, 100 və 150 nəfərlə Rustaveli prospektini bağlayan insanlara siyasi rəğbət bəsləyə bilmərəmAğır yol qəzası nəticəsində gənc oğlan həyatını itirdi, üç nəfər yaralandıBatumi beynəlxalq hava limanında “Beşiktaş” və “Hapoel Beer-Şeva” azarkeşləri arasında mübahisə baş veribTbilisidə genişmiqyaslı aksiya başladı
TVCANLI

İrakli Kobaxidze: Azərbaycanla strateji tərəfdaşlığımız və dostluq münasibətlərimiz var, lakin bəzi məsələlərdə mövqelərimiz fərqlidir

20
İrakli Kobaxidze: Əgər Mamuka Mdinaraçzenin İrakli Qaribaşvilinin dediklərinə görə siyasətdən getdiyinə inanırsınızsa, bu, sizin probleminizdir
Dinləmək üçün basın

“Azərbaycanla strateji tərəfdaşlığımız, dostluq və mehriban qonşuluq münasibətlərimiz var. Təbii ki, ortaq mövqeyə malik olmadığımız və mövqelərin uzlaşdırılmasına ehtiyac duyulan müəyyən məsələlər də mövcuddur”.

InterPress.ge xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze “Açıq efir” proqramında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, bu məsələlərdən biri əsas əhəmiyyət daşıyan David Qareci mövzusudur.

“Ümumiyyətlə, təbii ki, hər bir ölkənin, hər bir dövlətin öz milli maraqları var və hər bir hökumət öz milli maraqlarına uyğun fəaliyyət göstərir. Azərbaycanın çox layiqli lideri, Prezident cənab İlham Əliyev var. Biz Azərbaycanla strateji tərəfdaşlıq, dostluq və mehriban qonşuluq münasibətlərinə malikik.

Təbii ki, ortaq mövqeyə malik olmadığımız və mövqelərin uzlaşdırılmasına ehtiyac duyulan müəyyən məsələlər var. Belə məsələlərdən biri də əsas əhəmiyyət daşıyan David Qareci məsələsidir.

Bu məsələdə də bizə çox ağır miras qalıb. David Qareci ilə bağlı əvvəlki hakimiyyətin bəyanatlarını xatırlayırsınız. Mixeil Saakaşvilinin birbaşa açıqlamasını tapa bilərsiniz. O, strateji yüksəkliklərin Azərbaycana məxsus olduğunu bildirirdi və burada birbaşa Çiçxituri nəzərdə tutulurdu. Bu məsələ ilə bağlı bizim çox prinsipial mövqeyimiz var. Lakin bu, danışıqlar aparmağımızı tələb edən məsələdir.

Qurmuхidə dini ayinlərin bərpasına gəlincə, bu, bizim hakimiyyətimiz dövründə baş verib. Qurmuхi məbədində ilk dini mərasim məhz bizim hakimiyyətimiz dövründə keçirilib.

Burada müəyyən anlaşılmazlıqlar yaranmışdı. Bununla belə, biz dostlarımız və tərəfdaşlarımızla danışıqlar aparırıq. Ümid edirik ki, nəticədə hər şey həm Gürcüstanın, həm də Azərbaycanın maraqlarına uyğun şəkildə inkişaf edəcək. Düşünürəm ki, bu məsələdə də mövqeləri uzlaşdırmaq mümkündür”, – deyə baş nazir bildirib.

Xəbəri qiymətləndir

Son xəbərlər

Tbilisidə keçirilən “Etnomədəni ədəbi-musiqili gənclər salonu” layihəsində Azərbaycan mədəniyyəti təqdim olunubSaqarecoda 4 evə gizli daxil olaraq oğurluq edən əvvəllər məhkum olunmuş şəxs saxlanılıbGürcüstanda qanunsuz silah və döyüş sursatlarının saxlanılması ittihamı ilə 9 nəfər saxlanılıbGürcüstanda 6 kiloqramdan çox mefedron ələ keçirilib, bir nəfər saxlanılıbİrakli Kobaxidze: 50, 100 və 150 nəfərlə Rustaveli prospektini bağlayan insanlara siyasi rəğbət bəsləyə bilmərəmSon xəbərlərə bax →