17 
Dek
2020
12:18
1163

Nazir: "Dünən hamının gözlədiyi dərman gəldi"

"Remdesivir" preparatı dünən Gürcüstana gətirildi.

InterPress.ge xəbər verir ki, bu barədə Səhiyyə naziri Ekaterine Tikaradze hökumət iclasından sonra keçirdiyi brifinqdə söyləyib.

"Dünən hamının gözlədiyi dərman gəldi. Bu gün Gürcüstanda "Remdesivir"dərmanı var. Cənab Tengizin rəhbərlik etdiyi klinik qrup tərəfindən fərqli klinikalara paylanacaq. Təhlükəsiz və yaxşılaşmasında təsirli olacağı xəstələr üçün istifadə olunacaq",- dedi Tikaradze.

Nazirin sözlərinə görə, dərmanın istifadəsi bazar ertəsi günü başlayacaq.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər