17 
Dek
2020
11:29
2052

Baş nazir 300 lari birdəfəlik yardımla bağlı açıqlama verdi

"Ünvanlı sosial yardım üçün müraciətlər yeni ildən əvvəl təmin ediləcək".

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Baş Naziri vəzifəsini icra edən Qiorqi Qaxaria bildirib.

Qaxarianın qeyd etdiyinə görə, artıq 65 mindən çox müraciət qəbul edilmişdir ki, bunun da 54 min müraciəti artıq təmin edilmişdir.

“28 Noyabrda başlayan hədəfli məhdudiyyətlərə cavab olaraq, Gürcüstan hökuməti vətəndaşlar üçün dördüncü ünvanlı sosial dəstək dalğasını elan etdi. Birdəfəlik 300 GEL müavinəti nəzərdə tuturam. Bu günə qədər 65 mindən çox müraciət qəbul edilmişdir ki, bunun da 54 mini artıq təmin edilmişdir. Əlbətdə ki, yeni il öncəsi vətəndaşlarımızın bütün müraciətləri təmin edəcəyik”, -dedi Qiorqi Qaxaria.

Xatırladaq ki, 300 lari birdəfəlik yardım koronavirusa görə iş yerləri bağlanan fərdi sahibkarlara aiddir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər