14 
Dek
2020
13:48
881

Səhiyyə nazirinin müavini vətəndaşlara çağırış etdi

"Yaxın 1-2 həftə yoluxmuş bütün insanların müəyyənləşdirilməsi və bununla da yoluxma zəncirinə son qoyulması üçün kritik bir dövr olacaq".

InterPress.ge xəbər verir ki, bu barədə Səhiyyə nazirinin müavini Tamar Qabunia deyib.

O, əhalini koronavirus əlamətləri zamanı ailə həkimlərinə vaxtında getməyə çağırıb.

Qabunianın hökumət administrasiyasında keçirdiyi brifinqdə dediyinə görə, gündəlik 20.000-ə qədər test ölkədə simptomatik insanların çox olmadığını göstərib.

"Hədəfimiz 20 mindir. Hər gün 20 min testin keçirilməsi üçün hazırıq. Bu, həm antigenin, həm də PISAR testinin cəmidir. Müəyyən dərəcədə mənzərə elədir ki, əvvəlcə gözlədiyimiz kimi test tələbi 20 min olacaq və bəlkə də çoxdur. Bu da o qədər çox simptomatik şəxs olmadığı deməkdir və bu, 112-yə daha az zəng və ailə həkimlərinə də daha az müraciət edilməsi ilə özünü göstərir. Buna cavab vermək hələ tezdir. Bu gün, sabah və bu həftə 18-dən 20 minə qədər test etmək bizə bir nəticə verəcəkdir. Təxmini nisbətdə olan göstəriciyə yaxınlaşdıq, yəni test nəticəsində bütün yoluxmuş şəxsləri müəyyənləşdirə bildik. Şəkil göstərir ki, bu qədər yoluxmuş insan olmamalı idi, yəni 8-9 min bir qədər təxmin edilən bir rəqəm idi, amma əslində aktiv testlər nəticəsində bu qədər infeksiyaya yoluxulmadığı məlum oldu. Əhalini simptomlar halında ailə həkimlərinə müraciət etməyə çağırıram, çünki yaxın 1-2 həftə bütün yoluxmuş şəxslərin müəyyənləşdirilməsi üçün kritik bir dövr olacaq və bununla da yoluxma zəncirinə son qoymalıyıq”,- dedi Qabunia.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər